Modern.az

Medvedev Ukraynanın itkilərini açıqladı: 850 milyard dollar

Medvedev Ukraynanın itkilərini açıqladı: 850 milyard dollar

Dünya

3 Fevral 2023, 13:33

Rusiya ilə hərbi toqquşma nəticəsində Ukraynanın ümumi itkiləri 830-850 milyard dollara çatıb.

Modern.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

Medvedev teleqram kanalında Goldman Sachs-ın məlumatlarına istinad edərək, 2022-ci ilin sonunda Ukraynada ÜDM-nin 35-36% azaldığını yazıb.
 

"Və onun Rusiya ilə toqquşmasından ümumi itkiləri 830-850 milyard dollara çatıb. Halbuki, 2021-ci ildə ölkədə ÜDM 200 milyard dollar təşkil etmişdi", - Medvedev qeyd edib.


O deyib ki, bu rekord eniş Ukrayna İqtisadiyyat Nazirliyi tərəfindən də ölkə tarixində ən pis nəticə kimi tanınmalı idi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı