Modern.az

Ermənistan 2022-ci ildə 400 milyon dollardan çox almaz ixrac edib

Ermənistan 2022-ci ildə 400 milyon dollardan çox almaz ixrac edib

3 Fevral 2023, 15:06

Ermənistan ötən il 400 milyon ABŞ dollarından çox almaz ixracatı həyata keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan "Armenpress"ə müsahibəsi zamanı danışıb.

 

"2022-ci ildə 400 milyon dollar almaz ixrac etmişik. 2021-ci ildə müvafiq rəqəm 175 milyon ABŞ dolları, 2020-ci ildə isə 75 milyon dollar olub", - deyə nazir bildirib.

 

"Ötən il ilk dəfə zinyət əşyaları ixracatı da 100 milyon ABŞ dollarını ötdü", - deyə Kerobyan əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?