Qərbin Kiyevə tank göndərməsi Rusiyanın xeyrinədir - Vuçiç

Qərbin Kiyevə tank göndərməsi Rusiyanın xeyrinədir - Vuçiç

3 Fevral 2023, 15:52

Serbiya prezidenti Aleksandr Vuçiç Qərb ölkələrinin Ukraynaya tank tədarükü həyata keçirməsinə münasibət bildirib.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Vuçiç bunun Rusiyanın xeyrinə olacağını düşündüyünü açıqlayıb.

 

"Məncə, bu, Rusiya cəmiyyətini birləşdirəcək və əməliyyatlara ictimai dəstək böyüyəcək. Düşünürəm ki, Ukraynaya tank göndərilməsi Rusiyanın xeyrinə olacaq", - deyə o bildirib.

 

Qeyd edək ki, tarixən Rusiyanın müttəfiqi hesab olunan Serbiya son vaxtlar Ukraynanı dəstəkləyən bəyanatlarla gündəmə gəlir.

Whatsapp
Bizə yazın!
Keçid et
Hücum hazırlığı başladı: Rus hərbçilər Ermənistanda səngər qazır