Modern.az

Türkiyənin vasitəçilik təşəbbüsü çox önəmlidir - Ukrayna ombudsmanı

Türkiyənin vasitəçilik təşəbbüsü çox önəmlidir - Ukrayna ombudsmanı

3 Fevral 2023, 16:12

Ukrayna ombudsmanı Dmitro Lubinets Türkiyəyə səfəri çərçivəsində İstanbulda həmkarı Şeref Malkoçla görüşüb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, tərəflər daha sonra birgə mətbuat konfransı keçiriblər.

 

"Türkiyənin Ukrayna və Rusiya arasındakı vasitəçilik təşəbbüsü çox önəmlidir. Artıq bəzi nəticələr əldə olunub və olunacaq. Hər tərəfin nəticəyönümlü fəaliyyətinin davamına ümid edirik. Humanitar yardım və hüquqi məsələləri müzakirə etdik. "Baykar" firmasının Ukraynaya yatırımları çox vacibdir. Türkiyəyə təşəkkür edirik", - deyə o bildirib.

 

"Yatırımlar dünyaya mesajdır. O deməkdir ki, Ukrayna qalib gələcək və onun işıqlı gələcəyinə inam var. Bu cür layihələrə böyük ümid bəsləyirik", - deyə Lubinets əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?