Modern.az

Çavuşoğlu Ermənistana mesaj ünvanladı: Səmimiyik

Çavuşoğlu Ermənistana mesaj ünvanladı: Səmimiyik

Dünya

3 Fevral 2023, 16:32

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan və Türkiyənin Ermənistanla münasibətlərindən danışıb.

 

Modern.az İHA-ya istinadən xəbər verir ki, nazir argentinalı həmkarı ilə keçirdiyi mətbuat konfransında bu mövzuya toxunub.

 

"Ermənistan-Azərbaycan müharibəsindən sonrakı sülh addımları ilə bağlı həmkarımı məlumatlandırdım. Biz Azərbaycan və Türkiyə olaraq ortaq addım atmaq məsələsində səmimiyik. Ermənistanın da məsafə qət etməsi bu məqsədə yönələn önəmli addım olacaq. Məqsədimiz Cənubi Qafqazın da sabitlik və inkişaf bölgəsi olmasıdır", - deyə XİN başçısı bildirib.

 

Nazir həm də Ukrayna müharibəsində sülhə nail olmağın vacibliyini vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir