Ukraynada 2 deputat mandatından məhrum edilir

Ukraynada 2 deputat mandatından məhrum edilir

3 Fevral 2023, 16:52

"Növbəti plenar həftədə daha iki xalq deputatı mandatdan məhrum ediləcək".

 

Modern.az xəbər verir ki, bunu Ukraynanın hakim "Xalqın Xidmətçisi" Partiyasının parlament fraksiyasının rəhbəri David Araxamiya "Telegram" kanalında yazıb.

 

"İkidən daha çox deputat da ola bilər, daha sonra ətraflı məlumat veriləcək. Amma əvvəl də dediyim kimi, hər şey müstəsna olaraq Ukrayna Konstitusiyası və qanunları çərçivəsində olacaq. Təəssüf ki, bu, bizim istədiyimiz qədər sürətli deyil. Amma etibarlıdır", - deyə o bildirib.

 

Qeyd edək ki, son vaxtlar Ukraynada genişmiqyaslı antikorrupsiya əməliyyatları keçirilir, kütləvi istefa və həbs dalğası yaşanır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Aprelin 1-i gözlər Qarabağda - Laçın yolunda post…