Keçmiş prezidentə qarşı yeni cinayət işi açıldı

Keçmiş prezidentə qarşı yeni cinayət işi açıldı

Dünya

3 Fevral 2023, 21:37

Moldovanın sabiq prezidenti İqor Dodona qarşı yeni cinayət işi açılıb.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, keçmiş prezident tibbi arayışın saxtalaşdırılmasında ittiham edilir.

 

Cinayət işində siyasətçidən başqa onun həyat yoldaşı Qalinanın da adı çəkilir. Prokurorlar Moldovanın keçmiş prezidenti, onun həyat yoldaşı və saxta tibbi sənəd təqdim edən həkimin şübhəli şəxs qismində tanınması və dindirilməsi barədə göstəriş verib.

 

Qeyd edək ki, 2022-ci il may ayının sonunda Dodon qanunsuz varlanmada, dövlətə xəyanətdə və cinayətkar qrup tərəfindən siyasi partiyanı maliyyələşdirməkdə şübhəli bilinərək hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib. Daha sonra onun həbsi ev dustaqlığı ilə əvəz edilib.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Bu hadisə Rusiya və İranın dağılmasına səbəb olacaq