Modern.az

İranla nüvə məsələsində razılaşma çətinləşir - Borrel

İranla nüvə məsələsində razılaşma çətinləşir - Borrel

5 Fevral 2023, 14:55

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel İranla nüvə razılaşması barədə danışıb.

 

Modern.az xəbər verir ki, Borrel bu haqda "El Pais" nəşrinə müsahibəsində söz açıb.

 

Onun fikrincə, İran tərəfinin bir sıra mövzularda sərgilədiyi mövqe nüvə razılaşmasını çətinləşdirir.

 

Aİ rəsmisi bildirib ki, insan hüquqları ilə bağlı vəziyyət, xüsusən qadın haqları məsələsi, eləcə də Rusiyanın Ukrayna müharibəsində silahlar verməklə dəstəklənməsi İranla müzakirələrin dayandırılmasına səbəb olub.

Sizə yeni x var
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi