Modern.az

ABŞ Türkiyəyə yardım etməyə BAŞLAYIB

ABŞ Türkiyəyə yardım etməyə BAŞLAYIB

6 Fevral 2023, 21:49

ABŞ Türkiyədə baş verən və Suriyaya da ciddi təsir edən zəlzələ ilə bağlı yardıma başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatında qeyd olunub.

 

"Qarşıdakı günlərdə, həftələrdə, aylarda zəlzələdən zərər çəkənlərə kömək etmək üçün əlimizdən gələni etməyə qərarlıyıq”, - dövlət katibi bildirib.

 

Blinken ABŞ-ın hərtərəfli cavab imkanlarını qiymətləndirdiyini vurğulayıb. O, həmçinin qeyd edib ki, regionun ehtiyaclarını müəyyən etmək üçün köməkçilərinə türkiyəli müttəfiqlər, eləcə də humanitar təşkilatları təmsil edən tərəfdaşlarla daimi əlaqədə qalmağı tapşırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi