Modern.az

Ərdoğan Adıyamandadır - YENİLƏNİB

Ərdoğan Adıyamandadır - YENİLƏNİB

Dünya

10 Fevral 2023, 15:26

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın zəlzələ bölgəsinə səfəri davam edir.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ərdoğan Adıyaman vilayətinə səfər edib.

 

Onun daha sonra Malatyaya getməsi planlaşdırılır.

 

***

12:28

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın zəlzələ bölgəsinə səfəri davam edir.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu gün Ərdoğanın Malatya və Adıyaman vilayətlərinə baş çəkməsi gözlənilir.

 

***

09.02.2023 / 11:10

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın zəlzələ bölgəsinə səfəri davam edir.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu gün Ərdoğanın Qaziantep, Osmaniye və Kilis vilayətlərinə baş çəkməsi gözlənilir.

 

***

08.02.2023 / 13:34

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın zəlzələ bölgəsinə səfəri başlayıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanı daşıyan təyyarə artıq Kahramanmaraşa eniş edib.

 

***

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsinə gedir.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, prezident artıq yola düşüb.

 

O, əvvəlcə Kahramanmaraşın Pazarcık rayonuna baş çəkəcək və prosesi şəxsən koordinasiya edəcək.

 

***

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah zəlzələ bölgəsinə gedəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə lideri özü məlumat verib.

 

"İnşallah sabah səhər zəlzələ baş verən ərazilərə gedəcəyəm", - Ərdoğan deyib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumatlara görə, Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 5434 nəfərə, təbii fəlakət zamanı yaralananların sayı isə 31 777 nəfərə çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü