Modern.az

Zelenskinin müraciətini səbirsizliklə gözləyirəm - Conson

Zelenskinin müraciətini səbirsizliklə gözləyirəm - Conson

8 Fevral 2023, 16:30

Böyük Britaniyanın sabiq baş naziri Boris Conson Ukrayna prezidenti Volodimir Zelenskinin Londona səfərini şərh edib.

 

Modern.az xəbər verir ki, siyasətçi bu barədə tviter səhifəsində yazıb.

 

"Britaniyaya xoş gəlmisən, Zelenski. Sənin çıxışını, parlamentə müraciətini səbirsizliklə gözləyirəm. Ukrayna qalib gəlməlidir!", - deyə o bildirib.

 

Qeyd edək ki, Zelenski Böyük Britaniyaya səfər edib və baş nazir Rişi Sunakla görüşüb. Bu, ötən ilin fevralında müharibənin başlamasından bəri Zelenskinin ölkə xaricinə ikinci səfəridir. Bundan əvvəl o, ABŞ-a getmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir