Modern.az

Rusiyadakı partlayışda ölənlərin sayı artdı - YENİLƏNİB

Rusiyadakı partlayışda ölənlərin sayı artdı - YENİLƏNİB

Dünya

9 Fevral 2023, 12:30

Rusiyanın Novosibirsk şəhərində baş verən partlayışda ölənlərin sayı artıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, daha 5 nəfərin cəsədi aşkarlanıb.

 

Bununla da hadisə nəticəsində ölənlərin sayı 7-yə yüksəlib. Daha 11 yaralı və 6 itkin düşmüş şəxs var.

 

***

09:28

 

Rusiyanın Novosibirsk şəhərində partlayış baş verib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, hadisə yaşayış evlərindən birində olub.

 

İlkin səbəb kimi qaz sızması göstərilir. Partlayış nəticəsində 2 nəfər həlak olub. Həmçinin 11 nəfərin yaralandığı və xəstəxanaya yerləşdirildiyi, daha 11 nəfərin isə itkin düşdüyü bildirilir.

 

Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et