"Su-25" hücum təyyarəsi Belqorod vilayətindəki baza aerodromuna qayıdarkən qəzaya uğrayıb.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Dəqiqləşdirilib ki, təyyarə boş əraziyə düşüb, ərazidə hər hansı ziyan dəyməsi faktı qeydə alınmayıb.
Həmçinin pilotun öldüyü qeyd olunub.
***
12:10
Rusiya Müdafiə Nazirliyinə məxsus "Su-24" təyyarəsi qəzaya uğrayıb.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov "Telegram" kanalında məlumat yayıb.
Bildirilib ki, hadisə vilayətin Valuysk rayonunda baş verib. Məlumata görə, təyyarənin pilotu katapult etməyə müvəffəq olub.