Modern.az

“Putinin 3 müşaviri var: Pyotr, Qroznı, Yekaterina” - Müharibəni hamıdan gizlədibmiş…

“Putinin 3 müşaviri var: Pyotr, Qroznı, Yekaterina” - Müharibəni hamıdan gizlədibmiş…

Dünya

24 Fevral 2023, 13:00

Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsindən 6 nəfər Krımın ilhaqı və Ukraynanın işğalı kimi məsələlərlə bağlı qərarların necə qəbul edildiyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, anonim qalmaq istəyən Putinin yaxınları bu barədə "Financial Times"a müsahibə veriblər.

 

Bildirilib ki, müharibəyə başlamaq qərarı o qədər dar çevrədə qəbul edilib ki, Kremlin yüksək rütbəli məmurları, kabinə üzvləri və biznes elitaları bundan xəbərsiz olublar.

 

Məlumata görə, çaş-baş qalan oliqarxlar aydınlıq gətirmək üçün xarici işlər naziri Sergey Lavrova - onun özü müharibə başlamazdan bir neçə saat əvvəl xəbər tutub - müraciət edəndə o cavab verib ki, Putinin 3 müşaviri var: İvan Qroznı, I Pyotr və Böyük Yekaterina.

 

Nəşrin müsahiblərindən birinin sözlərinə görə, Putin müqəddəslik və I Pyotr haqqında söylədiyi hər şeyə həqiqətən inanır. O, tarixə Pyotr kimi düşəcəyini düşünür. Putin mütəmadi olaraq işğal qərarını əsaslandırmağa çalışır. Özünü və ətrafındakıları başqa seçimi olmadığına inandırır.

 

"O deyir ki, bəli, biz müharibə üçün tamamilə hazır deyildik, orduda xaos var, sənaye tənəzzüldədir, amma bunu NATO bizi fəth edəndə deyil, indi başa düşmək daha yaxşıdır", - anonim müsahiblərdən biri deyib.

 

Qeyd olunub ki, müharibə başlayandan sonra Rusiya prezidenti tabeliyində olanlardan daha çox təcrid vəziyyəti yaradıb.

 

"Stalin bədxah idi, amma yaxşı menecer idi, çünki ona yalan danışılması qətiyyən mümkün deyildi. Amma heç kim Putinə həqiqəti deyə bilməz. Putinin Viktor Medvedçukun Ukraynanın Rusiyanın qucağına düşməyə hazır olduğu barədə dediklərinə də beləcə inanıb. Medvedçuk yağış yağdığını deyirsə, bunu özünüz yoxlamağınız məsləhətlidir. Pəncərədən baxanda mənzərə günəş olacaq. Lakin Medvedçukun proqnozlarını Təhlükəsizlik Xidməti də təsdiqlədi və bu, Putini qələbəyə inandırdı. Amma Putinin ətrafı onu fikrindən döndərməyə cəhd edib. Məsələn, işğaldan 3 gün əvvəl Təhlükəsizlik Şurasının iclasında Nikolay Patruşev prezidentdən tələsməməyi xahiş edib. O, ordunun necə acınacaqlı vəziyyətdə olduğunu bilirdi və bunu Putinə çatdırmağa çalışırdı. Lakin Putin özünə həddən artıq arxayın idi. Hitler hər şeyi generallarından yaxşı bildiyi kimi, o da öz müşavirlərindən yaxşı bilir", - deyə məlumatda bildirilib.

 

Ardı bu yazıda

Bu xəbər ilə bağlı
Putinin nüvə silahını işə salmamasının SƏBƏBİ nədir? - DETALLAR
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi