"Lukaşenko Rusiya və Çinin Qərb sanksiyalarından yan keçməsinə kömək etmək istəyir".
Modern.az BBC-yə istinadən xəbər verir ki, bu barədə ISW-nin araşdırmasında deyilir.
"Özünü Belarus prezidenti elan edən Aleksandr Lukaşenkonun Çinə səfərinin məqsədi, ehtimal ki, Rusiya və Çinin Qərbin sanksiyalarından yan keçməsinə kömək etməkdir. Ticarət, investisiya və irimiqyaslı birgə layihələr üzrə Çin-Belarus sazişlərinin bağlanması planları Pekinin Rusiyaya ehtimal olunan silah tədarükü ilə birbaşa əlaqəli ola bilər. ABŞ rəsmilərinə görə, Çin Rusiyaya döyüş təyyarələri, silahlar, 122 və 152 millimetrlik artilleriya mərmiləri satmağı ciddi şəkildə nəzərdən keçirir", - deyə qeyd olunub.
"Yəqin ki, Rusiya və Çin rəsmiləri beynəlxalq sanksiyalardan yayınmaq üçün saxta sənədlərdən istifadə edərək Rusiyaya pilotsuz təyyarələrin çatdırılması planı hazırlayıblar. Çin sanksiyalar rejiminin pozulmasını gizlətmək üçün Belarusla razılaşmalardan istifadə etməyə cəhd edə bilər", - araşdırmada bildirilib.