Modern.az

Gürcüstandakı hadisələr “Maydanı” xatırladır – Lavrov

Gürcüstandakı hadisələr “Maydanı” xatırladır – Lavrov

Dünya

10 Mart 2023, 15:05

Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Birinci Kanal"da yayımlanan “Böyük oyun” verilişinin qonağı olub.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Lavrov müsahibəsində diqqətçəkən fikirlər səsləndirib.

 

"Gürcüstandakı hadisələr Kiyev “Maydanı”nı çox xatırladır", - deyə nazir bildirib.

 

Lavrov Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borelin Gürcüstandakı vəziyyətlə bağlı açıqlamalarını ikiüzlü adlandırıb. Rusiya XİN başçısı Qərbin Gürcüstan və Moldovadakı müxalifət etirazlarına fərqli münasibətinə (Moldovada Rusiyayönümlü qüvvələrin etirazları nəzərdə tutulur - red.) diqqət çəkib.

 

"Rusiyanın qonşuları ABŞ-ın maraq zonasına cəlb olunmaq kursunun nə qədər təhlükəli olmasından nəticə çıxarmalıdırlar", - deyə Lavrov əlavə edib.

 

Xatırladaq ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Hakim partiya dünən qanun layihəsini geri götürdüyünü elan edib. Bu gün Gürcüstan parlamentində qanun layihəsi ikinci oxunuşda rədd edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu