Modern.az

Yüksək vəzifəli erməni məmur həbs olundu - YENİLƏNİB

Yüksək vəzifəli erməni məmur həbs olundu - YENİLƏNİB

Dünya

12 Mart 2023, 11:12

İrəvanın vitse-meri Gevorq Semonyan 2 ay müddətinə həbs edilib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsindən bildirilib.

 

Bundan əvvəl Semonyanın iş otağında axtarış aparılıb, sonra isə saxlanılıb. İlkin araşdırmaya görə, paytaxtın vitse-meri səhiyyə nazirinin müavini (2020-2022-ci illər) vəzifəsində çalışarkən dövlətin qanuni mənafelərinə xeyli miqdarda ziyan vurub.

 

***

10.03.2023 / 18:11

 

İrəvan merinin köməkçisi Gevorq Simonyan saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

Bu gün onun kabinetində axtarış aparıldığı bildirilib. Lakin erməni məmurun saxlanılmasının səbəbi açıqlanmayıb.

 

***

15:48

 

Ermənistan Milli Təhlükəsizlik Xidməti İrəvanın vitse-meri Gevorq Semonyanın kabinetində axtarış aparıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə İrəvan meriyasının mətbuat katibi Levon Sardaryan məlumat verib.

 

Təfərrüatlar açıqlanmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI