Modern.az

Baş kəsilməsi cəzasız qalmayacaq - Hökumət sədri

Baş kəsilməsi cəzasız qalmayacaq - Hökumət sədri

Dünya

13 Aprel 2023, 10:56

"Bu, unudulmuş və cəzasız şəkildə qalmayacaq".

 

Modern.az xəbər verir ki, bunu Slovakiyanın baş naziri Eduard Heger tviter səhifəsində Ukrayna hərbçilərinin başının kəsilməsi ilə bağlı videoya münasibət bildirərkən yazıb.

 

"Rusiya təcavüzkarlarının Ukraynada törətdiyi dəhşətli vəhşiliklərin gündəlik dozasına uyğunlaşa bilmirik. Ukrayna əsgərinin İŞİD üslubunda başının kəsilməsi göstərir ki, onların pis əməllərində nə hüquqi, nə də insani məhdudiyyət yoxdur. Nasistlər də belə düşünürdülər. Amma cəzasız qalmadı. Bu da unudulmayacaq", - o qeyd edib.

 

Qeyd edək ki, dünən CNN ukraynalı hərbçilərin başının kəsildiyini əks etdirən 2 video yayıb.

Bu xəbər ilə bağlı
Ukraynalıların başının kəsildiyi deyilən videolar yayılıb
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rəisinin düşdüyü qəza barədə sensasion faktlar-Olaydan əvvəl...