Modern.az

Türkiyədə avtobus qəzası - 3 nəfər öldü, 31 yaralı var

Türkiyədə avtobus qəzası - 3 nəfər öldü, 31 yaralı var

Dünya

19 Aprel 2023, 11:37

Türkiyənin Eskişehir vilayətində fəhlələri daşıyan avtobus aşıb.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə vilayətin İnönü rayonunda baş verib.

 

Belə ki, İnönü-Bozüyük magistralının 7-ci kilometrliyində hərəkət olan avtobus aşaraq tarlaya girib. Nəticədə 3 nəfər həyatını itirib, daha 31 nəfər isə xəsarət alıb.

 

Əraziyə jandarm və təcili yardım briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.

 

Hazırda qəzanın səbəbləri araşdırılır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İranda partlayış səsləri - Xameneinin yaxın adamı ÖLDÜRÜLDÜ