Modern.az

Rusiyanın Ukraynadakı itkiləri AÇIQLANDI

Rusiyanın Ukraynadakı itkiləri AÇIQLANDI

Dünya

22 Aprel 2023, 09:18

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 185 730 hərbçisi məhv edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bundan əlavə, Rusiya ordusunun digər döyüş itkiləri 3 672 tank, 7 130 zirehli maşın, 2 398 operativ-taktiki PUA, 2 832 artilleriya sistemi, 289 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 293 helikopter, 5 718 avtomobil və tanker, 337 xüsusi texnikadan ibarətdir.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi