Rusiyaya məxsus Su-25 döyüş təyyarəsi Finlandiya sərhədi yaxınlığında qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Hadisə Finlandiya ilə sərhəddə yerləşən Murmansk vilayətində baş verib. Qırıcı Monçeqorsk şəhərindən 10 kilometr aralıda qəzaya uğrayıb.
Pilotun sağ qalıb-qalmaması hələlik məlum deyil.