Modern.az

“Vaqnerçi”lərin yerinə Kadırovun əsgərləri gəlir

“Vaqnerçi”lərin yerinə Kadırovun əsgərləri gəlir

Dünya

6 May 2023, 14:54

Rusiyanın muzdlu döyüşçülərdən ibarət olan “Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojin bildirib ki, mayın 10-da Baxmutdakı mövqeləri çeçen döyüşçülərə ötürmək üçün Çeçenistan rəhbəri Ramzan Kadırovla əlaqə saxlayıb.


Modern.az xəbər verir ki, bu barədə Priqojinin mətbuat xidməti məlumat yayıb.


“Baxmutda iki kvadrat kilometrdən bir qədər artıq yer qalıb. Baxmut, şübhəsiz ki, Axmatın qüvvələri tərəfindən alınacaq”, - deyə o bildirib.


Priqojin Kadırova təşəkkür etdiyini söyləyib.

Bundan əvvəl, Yevgeni Priqojin “Vaqner” bölmələrinin döyüş sursatı olmadığı üçün mayın 10-da Baxmutu tərk edəcəklərini açıqlamışdı.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular