Modern.az

“Mercedes”in zavoduna silahlı hücum – Ölənlər var

“Mercedes”in zavoduna silahlı hücum – Ölənlər var

Dünya

11 May 2023, 15:25

Almaniyanın Ştutqart şəhərindən (Baden-Vürtemberq) 15 kilometr aralıda yerləşən Sindelfingendəki "Mercedes-Benz" zavoduna silahlı hücum olub.

 

Modern.az-ın məlumatına görə, region polisinin sözçüsü bildirib ki, hadisə nəticəsində iki nəfər ölüb.

 

"Atəş açan şəxs saxlanılıb. Hazırda zavodun işçiləri üçün heç bir təhlükə yoxdur", - o qeyd edib.

 

Logistika firmasının əməkdaşı olan 53 yaşlı şübhəli dindirilir. Ölənlərin hər ikisi 44 yaşında olub. Məlumata görə, hücum edən şəxs fabrik işçiləri tərəfindən zərərsizləşdirilib. O, polis gələnə qədər saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada GƏRGİN ANLAR! Ukrayna bu yerləri bombaladı