Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Belarus Respublikasının xarici işlər naziri Sergey Aleynik arasında danışıqlara başlanılıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
***
15.05.2023 / 17:30
Mayın 15-17-də Belarus Respublikasının xarici işlər naziri Sergey Aleynik rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə Moskvada rəsmi səfərdə olacaq.
Modern.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Rusiya və Belarus xarici işlər nazirləri arasında keçiriləcək danışıqlar çərçivəsində ikitərəfli əməkdaşlığın geniş spektri və aktual məsələləri, o cümlədən beynəlxalq gündəliyi müzakirə edəcəklər. Tərəflər Rusiya və Belarus XİN-ləri arasında əməkdaşlığın praktiki aspektlərini, o cümlədən Rusiya Xarici İşlər Nazirliyi və Belarus XİN kollegiyalarının birgə iclasının hazırlanmasını qiymətləndirəcəklər.
2022-2023-cü illər üçün İttifaq Dövlətinin Xarici Siyasəti Sahəsində Əlaqələndirilmiş Fəaliyyət Proqramının və 2023-cü il üçün Xarici İşlər Nazirliklərarası Məsləhətləşmələr Planının icrasına baxılacaq. Bundan əlavə, BMT və digər beynəlxalq platformalarda, həmçinin Asiya, Afrika və Latın Amerikası regionlarında koordinasiyanın artırılmasına yönəlmiş gələcək addımlar barədə fikir mübadiləsi planlaşdırılır.