Modern.az

ÜST Moskvadakı ofisini bağlayır 

ÜST Moskvadakı ofisini bağlayır 

15 May 2023, 18:37

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin xüsusi sessiyası zamanı Moskvada ÜST-ün ofisinin bağlanması qərara alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna səhiyyə naziri Viktor Lyaşkoya məlumat yayıb.

 

"ÜST-ün Moskvada qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Avropa ofisi bağlanacaq. Onun funksiyaları Kopenhagenə veriləcək", - açıqlamada deyilir.

 

Qeyd olunub ki, bu gün Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin xüsusi sessiyası zamanı üzv dövlətlərin mütləq əksəriyyəti müvafiq qərarın lehinə səs verib.

Sizə yeni x var
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı