Modern.az

Erməni spiker Türkiyə ilə normallaşmadan DANIŞDI

Erməni spiker Türkiyə ilə normallaşmadan DANIŞDI

Dünya

18 May 2023, 17:14

“Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı prosesdə nəzərə çarpan heç bir nəticə yoxdur”.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Minskdə KTMT PA Şurasının iclasında bildirib.

 

"Eyni zamanda, ölkələr arasında müəyyən razılaşmalar da təsbit edilib", - spiker deyib.

 

Simonyan əlavə edib ki, bir çox məsələlər hələ həll olunmayıb və normallaşma prosesi ilkin şərtsiz olmalıdır. "Regionda sülhün bərqərar olması bizim məqsədimizdir", - deyə o bildirib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi