"Taxıl müqaviləsi üzərində iş davam edir, lakin hələlik müsbət bir şey yoxdur".
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Avstraliya rusofob isteriya müəlliflərinin ardınca səylə irəliləyir və bu yolda əla tələbə olmağa çalışır. Avstraliyanın Rusiya səfirliyinin tikintisi üçün ərazi icarəsini ləğv etmək qərarı daha bir qeyri-dost təzahürdür. Kreml bir sıra musiqiçilərin və iş adamlarının məhv edilmiş “Leopard” tanklarına və digər texnikaya görə mükafatlandırma təşəbbüslərini müsbət qiymətləndirir. Putin və Əlcəzair prezidenti danışıqlardan sonra bir sıra sənədlər, o cümlədən dərin strateji əməkdaşlıq haqqında bəyannamə imzalayacaqlar. İyunun 15-də Putin Rusiyanın cənubunda yolların açılış mərasimində iştirak edəcək", - o əlavə edib.