Böyük Britaniya kibermüdafiə sistemini gücləndirmək üçün Ukraynaya 16 milyon funt sterlinq (20,48 milyon dollar) maddi vəsait ayıracaq.
Modern.az xarici KİV-ə istinadən yazır ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak deyib. “Bu qərar Ukraynanın keçən il vəd etdiyi 6,35 milyon funt-sterlinqə əlavə olaraq Rusiyaya qarşı növbəti əks-hücum əməliyyatına başladığı bir vaxta təsadüf edir. Daha 9 milyon funt-sterlinq potensial olaraq beynəlxalq müttəfiqlərdən gələ bilər”, - deyə Sunak bildirib.
Qeyd olunub ki, yardım paketi Ukrayna əsgərlərinin Rusiya ordusunun müvəqqəti işğal olunmuş ərazilərdən sıxışdırmağa davam etdiyi bir vaxtda Ukraynaya mühüm infrastrukturu Rusiyanın hücumlarından qorumaqda kömək edə bilər.