Modern.az

Şiddətli yağışlar 10 nəfərin həyatına son qoydu 

Şiddətli yağışlar 10 nəfərin həyatına son qoydu 

Dünya

5 Avqust 2023, 19:36

Çinin şimalındakı Hebey əyalətinin Baodin şəhərində güclü yağışlar nəticəsində azı 10 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, yağışlar zamanı 18 nəfər itkin düşüb.

 

Şənbə günü saat 12:00-a olan məlumata görə, Baodinqdə 1,1 milyondan çox insan daşqınlardan zərər görüb və 627,000 adam təxliyə edilib .

 

Daşqınlar nəticəsində 79 min hektar əkin sahəsinə ziyan dəyib, 4448 bina uçub, 7286 binaya ciddi ziyan dəyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi