Modern.az

AKP-dən İmamoğlunun rəqibi olan sabiq nazir KİMDİR...

AKP-dən İmamoğlunun rəqibi olan sabiq nazir KİMDİR...

Dünya

7 Yanvar 2024, 16:54

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə prezidenti və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri 31 martda keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkiləri üçün partiyanın namizəd tanıtımı tədbirində çıxış edərkən İstanbul bələdiyyəsi sədrliyinə namizədi də açıqlayıb və sabiq ətraf mühit və şəhərsalma naziri Murat Kurum rəsmən namizəd elan olunub.

 

Modern.az oxucuların marağını və mövzunun aktuallığını nəzərə alaraq hazırkı bələdiyyə sədri Ekrem İmamoğlunun rəqibi olan Murat Kurumun həyat yoluna nəzər salıb.

 

Hazırda deputat olan 48 yaşlı Murat Kurum 7 may 1976-cı ildə Ankarada doğulub. 1999-cu ildə Selçuk Universitetindən inşaat mühəndisi kimi bakalavr məzunu olub. 2007-ci ildə magistr dərəcəsi alıb. 1999-2005-ci illərdə özəl şirkətlərdə əmək fəaliyyətini davam etdirən 2005-ci ildən dövlət qurumlarında bürokrat kimi çalışmağa başlayıb.

 

Uzun illər TOKİ-nin (Mənzil İnşaatı İdarəsi) müxtəlif strukturlarında vəzifə tutan Kurum 2018-ci ildə ətraf mühit və şəhərsalma naziri təyin olunub. Onun nazir olduğu dövrdə nazirliyin adı dəyişdirilərək "Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi" olub. 2023-cü ilədək nazir postunda qalan Kurum sonuncu parlament seçkilərində (14 may 2023) AKP-nin İstanbuldan deputatı seçilərək Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü oldu. O, nazir kürsüsünü Mehmet Özhasekiyə təhvil verdi.

 

Murat Kurum hazırda TBMM-in Ətraf Mühit Komissiyasının sədridir. İngilis dilini bilir. Evlidir, 3 övladı var.

Bu xəbər ilə bağlı
AKP-nin İstanbulda namizədi ODUR - YENİLƏNİB
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər