Modern.az

İran Rusiyadan 12 helikopter alacaq

İran Rusiyadan 12 helikopter alacaq

Dünya

28 May 2024, 12:10

İran Rusiyadan 500 milyon dollara 12 Mi-17 helikopteri alacaq.

 

Modern.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Bildirilib ki, texnikalar İran Qızıl Aypara Cəmiyyətinə xidmət üçün istifadə olunacaq.

“Rusiyanın helikopterləri” dövlət şirkəti ilk 4 təyyarəni 2025-ci ilin martına qədər təhvil verə bilər.

 

Qeyd olunub ki, müqavilə İran prezidentinin, xarici işlər nazirinin və onları müşayiət edənlərin həlak olduğu helikopter qəzasından az sonra imzalanıb.(APA)

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama