Modern.az

Vasif Talıbovun prokuror qardaşı işdən ÇIXARILDI

Vasif Talıbovun prokuror qardaşı işdən ÇIXARILDI

Hadisə

29 Dekabr 2022, 17:36

Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Məhərrəm Talıbov vəzifəsindən kənarlaşdırılıb.

 

Modern.az xəbər verir ki, M.Talıbov öz istəyi ilə tutduğu vəzifədən azad edilib.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Naxçıvan MR prokurorunun müavini Məhərrəm Talıbovun öz ərizəsi ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

 

Qeyd edək ki, M.Talıbov Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşıdır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama