Modern.az

Namazdan sonra imamın halı pisləşdi - Xəstəxanada öldü

Namazdan sonra imamın halı pisləşdi - Xəstəxanada öldü

3 Fevral 2023, 17:16

Zaqatalada məscidin imamı qəfil dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu gün günorta namazından sonra rayonun Muğanlı kənd məscidinin imamı, 1980-ci il təvəllüdlü Muğanlı kənd sakini Elşən Mövlud oğlu Musayev yaxınlarının köməkliyi ilə ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

APA-nın məlumatına görə, tibbi yardıma baxmayaraq, Elşən Musayevi xilas etmək mümkün olmayıb. Onun ürək tutmasından keçindiyi bildirilir.

 

Qeyd edək ki, Elşən Musayev dini təhsilini Özbəkistan Respublikasının Buxara şəhərində alıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir