Modern.az

Bacısını öldürən qardaş saxlanıldı - YENİLƏNİB 

Bacısını öldürən qardaş saxlanıldı - YENİLƏNİB 

4 Fevral 2023, 19:30

Şəmkir rayonunun Sabir kənd kəndində 1995-ci il təvəllüdlü Qənirə Şərəfova bıçaqla qətlə yetirilib.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Modern.az-a bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə rayonun Sabirkənd kənd sakini, 1995-ci il təvəllüdlü Qənirə Şərifovanın bıçaq xəsarətləri ilə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub.

 

Dərhal polis və rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı qətli mərhumun qardaşı, 1992-ci il təvəllüdlü Şaiq Şəriflinin törətməsi məlum olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb.

 

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb araşdırmalar davam etdirilir.

 

***

18:30

Şəmkirdə qətl hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb.


1992-ci il təvəllüdlü Qənirə Şərifova qardaşı, 1992-ci il təvəllüdlü Şaiq Şərifli tərəfindən bıçaqla qətlə yetirilib.

 

Şaiq Şərifli Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs kimi saxlanılıb.

 

Araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir