Modern.az

Türkiyədə yarış ləğv olundu - İdmançılarımız geri qayıdır

Türkiyədə yarış ləğv olundu - İdmançılarımız geri qayıdır

7 Fevral 2023, 10:58

Türkiyənin İstanbul şəhərində olan Azərbaycan millisinin taekvondoçuları yaxın zamanda Bakıya qayıdacaqlar.

 

Bu barədə Modern.az-a Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, idmançılar açıq Türkiyə çempionatı ləğv edildiyi üçün geri dönəcəklər.

 

Məlumata görə, Azərbaycan yığması fevralın 4-də start götürən Prezident Kubokunda mübarizə aparıb, 58 kq çəki dərəcəsindəki Qaşım Maqomedov qızıl medal qazanıb.

 

Güclü zəlzələ səbəbindən yarış yarımçıq dayandırılıb. Komanda 10-14 fevralda açıq ölkə çempionatında çıxış etməli idi. Lakin Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar bütün daxili idman tədbirləri təxirə salınıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub