Modern.az

SOCAR Türkiyə şirkəti ilə razılığa gəldi

SOCAR Türkiyə şirkəti ilə razılığa gəldi

3 Fevral 2023, 19:54

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Türkiyə Petrolleri” (TPAO) arasında yeni sahədə əməkdaşlıqla bağlı razılıq əldə edilib.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

 

“İllərdir ki, SOCAR-la TPAO arasında, xüsusilə Xəzər bölgəsində bəzi sahələrdə icra edilən ortaq layihələr var. Son həftələrdə başqa bir sahə ilə də əlaqəli görüşlər davam edirdi. Bununla bağlı bir əməkdaşlıq razılığı əldə edildi”, - deyə türkiyəli nazir əlavə edib.

 

F.Dönməz bildirib ki, bu yeni sahə ilə bağlı məlumatlar hər iki tərəfə təqdin olunacaq və bu məlumatlar dəyərləndiriləcək: "Nəticələr müsbət olarsa, TPAO o sahədə də aktiv rol oynayacaq".

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir