Modern.az

Mikayıl Cabbarov Naxçıvanda sahibkarları bir araya topladı - FOTO

Mikayıl Cabbarov Naxçıvanda sahibkarları bir araya topladı - FOTO

İqtisadiyyat

7 Fevral 2023, 11:33

Naxçıvanda biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlara dəstək müzakirə edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

 

"Həmkarlarla birlikdə tarixi diyarımız olan Naxçıvanda səfərdəyik. Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşdə regionun iqtisadi potensialı, biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlara dəstək barədə fikirlərimizi bölüşdük", - deyə nazir vurğulayıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı