Modern.az

Rusiyada avtomobil istehsalı 60% AZALIB

Rusiyada avtomobil istehsalı 60% AZALIB

İqtisadiyyat

27 Fevral 2023, 16:52

2022-ci ildə Rusiyada avtomobil istehsalı əvvəlki illə müqayisədə 60% azalıb.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın sənaye və ticarət nazirinin müavini Albert Kərimov məlumat verib.

 

Bildirilir ki, ötən il Rusiyada ümumilikdə 620 min avtomobil istehsal edilib. "Rosstat"ın məlumatına görə isə, 2022-ci ildə Rusiyada 450 min minik avtomobili istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 67% azdır.

 

Ukraynada müharibənin başlamasından sonra Rusiyada avtomobil istehsalı kütləvi şəkildə azalıb. Avropa və Yaponiya şirkətlərinin əksəriyyəti, o cümlədən "Nissan", "Renault", "Mazda" və "Volkswagen" Rusiya bazarını tərk edib. Avropa Biznes Assosiasiyasının məlumatına görə, 2022-ci ildə Rusiyada minik avtomobillərinin satışı 58,8% azalaraq 687,4 min təşkil edib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi