Modern.az

“Xəsislik etməyək, Hollivud səviyyəsində film çəkməliyik” - Deputat

“Xəsislik etməyək, Hollivud səviyyəsində film çəkməliyik” - Deputat

Mədəni̇yyət

11 Noyabr 2022, 13:14

"Biz Hollivud səviyyəsində Qarabağ həqiqətləri barədə filmlər çəkməliyik".

 

Modern.az xəbər verir ki, bunu deputat Vüqar İskəndərov “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı parlament komitələrinin birgə iclasında deyib.

 

“Azərbaycan dilində filmlər çəkilir, elə özümüz çəkib, özümüz baxırıq. Artıq dünyaya açılmaq vaxtıdır. Qonşu ölkənin filmləri acı reallıq da olsa, deməliyik ki, beynəlxalq səviyyədə çəkilir. Ona görə də Hollivud rejissorları ilə birgə Qarabağa aid film çəkilməlidir. Büdcədə film sahəsinə ayrılan xərclərdə xəsislik etmək lazım deyil”, - deyə deputat vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü