Modern.az

Fikrət Qocanın “Əsgərə məktub”u

Fikrət Qocanın “Əsgərə məktub”u

16 Noyabr 2020, 17:15

Azərbaycan əgəri Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda zəfər tarixi yazdı. Bu günlər bütün dualarımız Vətən müharibəsində bizə Qələbə sevinci yaşadan əsgərlərimizlə bağlıdır.


Modern.az
 saytı “Əsgərə məktub” rubrikasında növbəti məktubu təqdim edir.

Bu dəfə Azərbaycanın Xalq şairi Fikrət Qoca “Əsgərə məktub”  yazıb:

 

“Əziz əsgərlər, əziz balalarımız. Siz çox böyük, çox böyük uğur qazanmısınız. Bizim bacarmadığımız işi bacarmısınız. Babalarımızın ziyarət yerlərini düşmən tapdağından xilas etdiniz. Bu qələbə ilə "məğlub" sözünü bizim adımızın üzərindən götürdünüz. Torpaqlarımızın bərəkətini qaçmağa qoymadınız.

 

28 ilin ağırlığı 2000 ilin ağırlığına, yükünə bərabərdir. Bu həsrətimizə son qoydunuz. Allah sizi qorusun. Siz ölkəmizi canınız bahasına qorudunuz. Şəhidlərimizin qanını yerdə qoymadınız. Siz bizim ürəyimizdəsiniz. Şəhidlərin birinci qəhrəmanlığı şəhidlik zirvəsinə yüksəlməkdi, ikincisi isə tarix boyu gənc qalmalarıdır. Siz bunu qəhrəmanlıq ordeni kimi qəbul edin.

 

Mən sizə can sağlığı, gələcək həyatınızda xoş günlər görməyinizi arzu edirəm. Allah sizi qorusun. Bütün xalqımız da həmişə sizi qoruyacaq, qorumalıdır. Bizim ən böyük qəhrəmanımız sizsiniz. Ali Baş Komandanımız başda olmaqla hamınızın qarşınızda baş əyirəm. Allah bu birliyimizi qorusun!". 

 

Fidan İlqarqızı

***

Anarın “Əsgərə məktub”u...
Xalq yazıçısı Elçinin “Əsgərə məktub”u
Afaq Məsudun “Əsgərə məktub”u
İsa Qəmbərin “Əsgərə məktub”u
Fərhad Bədəlbəylinin “Əsgərə məktub”u

Fəxrəddin Manafovun “Əsgərə məktub”u
Rasim Balayevin “Əsgərə məktub”u
Yalçın Rzazadənin “Əsgərə məktub”u
Firəngiz Əlizadənin “Əsgərə məktub”u

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı