Modern.az

Fəxrəddin Manafovun “Əsgərə məktub”u

Fəxrəddin Manafovun “Əsgərə məktub”u

9 Noyabr 2020, 15:55

Azərbaycan Əsgəri Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda zəfər tarixi yazır. Bu günlər bütün dualarımız Vətən müharibəsində bizə Qələbə sevinci yaşadan əsgərlərimizlə bağlıdır.


Modern.az
saytı “Əsgərə məktub” rubrikasında növbəti məktubu təqdim edir.

Bu dəfə Azərbaycan Respublikasının Xalq artisti, məşhur aktyor Fəxrəddin Manafov Modern.az vasitəsilə “Əsgərə məktub” yazdı:


“Azərbaycan Əsgəri, mən səni bağrıma basıb, səninlə qürur hissi keçirirəm. Bu gün yerinə yetirdiyin missiya tarixən sənin çiyinlərinə düşüb. 30 il bundan öncə Azərbaycan xalqından qan bahasına alınan torpaqlar, indi də qan bahasına geri qaytarılır. O zamanlar bizdə indiki birlik, güc, iqtisadiyyat, liderlik yox idi.


Ali Baş Komandan, cənab İlham Əliyev başda olmaqla sizə öz təşəkkürümü bildirirəm. İllər keçdikdən sonra sizin adlarınız Azərbaycan tarixinə qızıl həriflərlə yazılacaq. Artıq sizin balalarınız, gələcək nəsillər sizi qəhrəman, torpaqlarımızı düşmən tapdağından azad edən cəsur igidlər kimi tanıyıb, sizdən örnək götürəcək. Əsl vətən oğulları kimi tarixdə qalacaqsınız. Sizin haqqınızda şeirlər, əsərlər yazılacaq, kinolar çəkiləcək.


Əsgərim, qarşınızda baş əyirəm. Canları, qanları hesabına yağı düşməndən torpaqlarımızı geri alan əşəhidlərimizin qarşısında baş əyirəm. İnşallah, çox az qalıb. Allah sizə yar olsun. Baxmayaraq ki, yaş imkan vermir əlimizə silah alaq, amma arxa cəbhədə əlimizdən gələn yardımı edirik.


Qələbə bizimdir! Qarabağ bizimdir! Var olsun Azərbaycan, var olsun Azərbaycan Əsgəri! Var olsun Ali Baş Komandan, cənab İlham Heydər oğlu Əliyev!”.

Fidan İlarqızı


***

Anarın “Əsgərə məktub”u...
Xalq yazıçısı Elçinin “Əsgərə məktub”u
Afaq Məsudun “Əsgərə məktub”u
İsa Qəmbərin “Əsgərə məktub”u
Fərhad Bədəlbəylinin “Əsgərə məktub”u

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir