Modern.az

Yalçın Rzazadənin “Əsgərə məktub”u

Yalçın Rzazadənin “Əsgərə məktub”u

12 Noyabr 2020, 16:36

Azərbaycan Əsgəri Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda zəfər tarixi yazır. Bu günlər bütün dualarımız Vətən müharibəsində bizə Qələbə sevinci yaşadan əsgərlərimizlə bağlıdır.


Modern.az
 saytı “Əsgərə məktub” rubrikasında növbəti məktubu təqdim edir.

Bu dəfə Azərbaycanın məşhur müğənnisi, Xalq artisti Yalçın Rzazadə “Əsgərə məktub” yazıb:

 

“Azərbaycan xalqını bu qələbə münasibəti ilə təbrik edirəm. Əsgər deyəndə mən kövrəlirəm. Gözümün qabağına həmin əsgərlərin ailəsi gəlir. Bu döyüşdə bizim əsgərlərimiz, ordumuz qalib gələrək, erməni dığalarını torpaqlarımızdan rədd elədilər. Xalqının xoşbəxtliyi və dövlətimizin ərazi bütövlüyünü təmin etmək uğrunda, gənc həyatını qurban verən əsgərlərimizin qarşısında baş əyirəm. Bizim kimi ikinci bir millətə rast gəlməmişəm.

Qəhrəman, mərd, qeyrətli-namuslu əsgər! Sağ qalanlara can sağlığı, yaralı olanlara tezliklə sağlamlığına qovuşmağı arzulayıram. Onlarla görüşməsəm də, bağrıma basıram, təşəkkür edirəm. Şəhidlik zirvəsinə qalxan, Vətən uğrunda canını fəda edən əsgərlərin qarşısında baş əyirəm.  Onları vətən sevgisi ilə böyüdən ata-anaya halal olsun.

Yaşasın, Azərbaycan Əsgəri! Yaşasın, Azərbaycan Ordusu!”.

 

Fidan İlqarqızı

 

***

Anarın “Əsgərə məktub”u...
Xalq yazıçısı Elçinin “Əsgərə məktub”u
Afaq Məsudun “Əsgərə məktub”u
İsa Qəmbərin “Əsgərə məktub”u
Fərhad Bədəlbəylinin “Əsgərə məktub”u

Fəxrəddin Manafovun “Əsgərə məktub”u
Rasim Balayevin “Əsgərə məktub”u



Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub