Modern.az

Rasim Balayevin “Əsgərə məktub”u

Rasim Balayevin “Əsgərə məktub”u

10 Noyabr 2020, 14:08

Azərbaycan Əsgəri Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda zəfər tarixi yazıb. Bu günlər bütün dualarımız Vətən müharibəsində bizə Qələbə sevinci yaşadan əsgərlərimizlə bağlıdır.


Modern.az
 saytı “Əsgərə məktub” rubrikasında növbəti məktubu təqdim edir.

Bu dəfə görkəmli aktyor, Azərbaycan Respublikasının Xalq artisti Rasim Balayev “Əsgərə məktub” yazıb:

 

“Əziz əsgər, əziz balalar halal olsun sizə. Başda Ali Baş Komandanımız cənab İlham Əliyev olmaq şərti ilə siz çox böyük nailiyyət əldə etdiniz. Analarınızın südü sizə halal olsun. 30 ildir çəkdiyimiz xəcaləti üzərimizdən götürdünüz. Erməni dığaları bizə qorxaq millət deyirdi. Siz bizim qorxaq yox, igid, cəsur millət olduğumuzu bütün dünyaya sübut etdiniz.

 

Koroğlunun, Babəkin nəslisiniz. Halal olsun, halal olsun.. Öpürəm hamınızı. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin. Yaşasın, Azərbaycan, yaşasın, Azərbaycan Ordusu!”.

 

Fidan İlqarqızı


***

 Anarın “Əsgərə məktub”u...
Xalq yazıçısı Elçinin “Əsgərə məktub”u
Afaq Məsudun “Əsgərə məktub”u
İsa Qəmbərin “Əsgərə məktub”u
Fərhad Bədəlbəylinin “Əsgərə məktub”u

Fəxrəddin Manafovun “Əsgərə məktub”u

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir