Modern.az

Ermənilərin Qarabağda basdırdıqları minaların NÖVLƏRİ

Ermənilərin Qarabağda basdırdıqları minaların NÖVLƏRİ

16 Fevral 2022, 17:13

İşğaldan azad edilmiş ərazilərdə ermənilərin basdırdıqları minaların növləri açıqlanıb.

 

Modern.az xəbər verir ki, Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, aşkar olunan minalar arasında plastik minalara daha çox rast gəlinir.

 

"Əksəriyyətini düşmən tərəfinin istehsalı olan piyada əleyhinə minalar - PMN-G, həmçinin PMN-2, PMD-6, PMP minaları, tank əleyhinə minalardan isə əsasən TM-57, TM-62M, TM-62P, TM-62P2, TM-62P3 minaları üstünlük təşkil edir. Eyni zamanda, düşmənin əhali və orduya qarşı çox saylı tələ - minaları və Əldədüzəlmə Partlayıcı Qurğular (ƏPQ) da quraşdırması diqqətə çatdırılıb", - o, vurğulayıb.

 

Qeyd edək ki, 2021-ci il ərzində ümumilikdə 20 771 hektar ərazi minalardan təmizlənib, 52 386 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir