Modern.az

Britaniya, Fransa və Almaniya səfirləri İran XİN-ə ÇAĞIRILDI

Britaniya, Fransa və Almaniya səfirləri İran XİN-ə ÇAĞIRILDI

Aktual

14 Aprel 2024, 17:03

İsrailə qarşı hava hücumundan sonra Böyük Britaniya, Almaniya və Fransa səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə İran XİN-in “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

 

Qeyd olunub ki, nazirliyin Qərbi Avropa departamentinin rəhbərinin hər üçü səfiri ayrı-ayrılıqda çağırmasına səbəb Böyük Britaniya, Almaniya və Fransadakı rəsmi şəxslərin İranın ünvanına səsləndirdiyi bəyanatlar olub.

 

Diplomatların diqqətinə İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumu barədə məlumat verilib.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?