Modern.az

ABŞ və Türkiyə Qəzzaya yardımı müzakirə edəcəklər

ABŞ və Türkiyə Qəzzaya yardımı müzakirə edəcəklər

Aktual

26 Noyabr 2023, 09:20

ABŞ-nin maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək və burada Qəzza zolağına humanitar yardımın çatdırılmasını müzakirə etmək niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-nin Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

 

Məlumatda Nelsonun noyabrın 26-dan dekabrın 1-dək Omanın paytaxtı Maskata, o cümlədən Ankara və İstanbula səfər edəcəyi, orada Fələstinin HƏMAS radikal hərəkatına maliyyə təzyiqi, habelə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsi məsələsini gündəmə gətirmək niyyətində olduğu qeyd edilir.

 

Bəyanatdan göründüyü kimi, ABŞ Maliyyə Nazirinin müavini Türkiyədə Ukraynadakı müharibəni dəstəkləməyə yönəlmiş "ticarət və maliyyə fəaliyyətlərinin qarşısını almaq, pozmaq və araşdırmaq səylərini müzakirə edəcək".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ