Modern.az

Brüsseldən ürəyim bulanır - ORBAN

Brüsseldən ürəyim bulanır - ORBAN

24 Dekabr 2023, 09:24

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, o, artıq Avropa İttifaqının (Aİ) Budapeştə öz qərarlarını tətbiq etmək cəhdlərindən bezib.

 

Modern.az xəbər verir ki, siyasətçinin sözlərinə görə, Aİ Ukraynaya yardımı genişləndirmək, yəni “Kiyevə macarların pulunu vermək” üçün ianələrin artırılmasını və Aİ büdcəsinə düzəlişlər etməyi təklif edir.

 

“Mənin də həmçinin Brüsseldən ürəyim bulanır. Əsas məsələ mövcud vəziyyətdən hansı nəticə çıxarmaqdır”, - deyə o bildirib.

 

Macarıstanın baş naziri həmçinin qeyd edib ki, Budapeştin irəliləməsi, öz mövqelərini genişləndirməsi, müttəfiqlər toplaması və Aİ-ni təkmilləşdirməsi lazımdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi