Modern.az

Gərginliyi artırmaq istəmirik - İrandan geri addım

Gərginliyi artırmaq istəmirik - İrandan geri addım

Aktual

14 Aprel 2024, 10:24

İran BMT Təhlükəsizlik Şurasına məktub ünvanlayıb. 

 

Modern.az-ın “Tasnim” agentliyinə istinadən verdiyi xəbərə görə, məktubda qeyd edilib ki, İran İsrailin Dəməşqdəki diplomatik məkanlarına silahlı hücumu və 7 yüksək səviyyəli müşavirinin həlak olmasından sonra aprelin 13-də İsrailin hərbi obyektlərinə hücum əməliyyatı həyata keçirib.

 

Qeyd edilib ki, Tehran BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünü müdafiə etmək hüququndan istifadə edib, İsrailin 1 apreldəki hücumuna cavab verib. Həmçinin bildirilib ki, İran BMT-nin məsuliyyətli üzvü olaraq beynəlxalq hüququn məqsəd və prinsiplərinə sadiqdir, bölgədə gərginliyi və qarşıdurmanı artırmağa çalışmır. 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!