Modern.az

Koronavirusa yoluxma statistikası: 1 nəfər öldü

Koronavirusa yoluxma statistikası: 1 nəfər öldü

Ölkə

4 Fevral 2023, 16:55

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 22 yeni yoluxma faktı qeydə alınıb, 32 nəfər müalicə olunaraq sağalıb.

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib.

Rəsmi məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.


Azərbaycanda indiyədək ümumilikdə 828 064 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 792 nəfər müalicə olunaraq sağalıb, 10 095 nəfər vəfat edib, aktiv xəstə sayı 177 nəfərdir.
 

Ölkədə son sutka ərzində 1 485, hazırkı dövrədək isə 7 494 700 test aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər