Modern.az

Minimum əmək pensiyası 280 manat oldu - Prezident təsdiqlədi

Minimum əmək pensiyası 280 manat oldu - Prezident təsdiqlədi

8 Fevral 2023, 14:24

Prezident İlham Əliyev Azərbaycanda minimum əmək pensiyasının məbləğinin 280 manat olmasını təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” qanunda öz əksini tapıb.

 

Belə ki, əmək pensiyasının minimum məbləği 40 manat artırılaraq 240 manatdan 280 manata qaldırılıb. Qanun fevralın 1-dən qüvvəyə minib.

 

Qeyd edək ki, artım təxminən 100 mindən çox pensiyaçını əhatə edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı